skip to Main Content
Varikoz xəstəliyindən qurtularaq sağlam ayaqlara sahib ola bilərsiniz.

Yaş həddi və onun varikoz xəstəliyi ilə əlaqələri

yaş həddi

Aşağı ətrafların varikoz genişlənmiş damarları üçün yaş həddi müxtəlifdir. Xəstəlik həm yaşlı şəxslərdə, həm də gənclərdə inkişaf edə bilər. Lakin həkim-fleboloqların qeyd etdiyi kimi, insanlar arasında daha çox yaşlılar damar genişlənməsindən əziyyət çəkirlər. Statistik məlumatlara görə, yaşlı insanlarda aşağı ətrafların varikoz xəstəliyinin inkişaf riski daha çoxdur. Əslində, yaşa görə bağlayıcı toxuma daha incə olur və kollagen liflər elastikliyini itirirlər. Ümumiyyətlə, genişlənmiş damarların inkişafının irsi meyliliklə əlaqəsi daha çoxdur. Yəni, nəsildən-nəslə ötürülməsi, xəstəliyin özü deyil, damar divarının nazikləşməsi ilə əlaqədardır. Damar divarının zəifliyinə genetik meylliliyin də səbəb olmasını çox sadə bir misalla nəzərdən keçirək. Bunun üçün yaxınlarınızın sağlamlığına diqqət yetirmək lazımdır. Valideynlər hər hansı nahiyədə varikoz genişlənmiş damarlardan əziyyət çəkirsə, pasiyentin ayaqlarında da varikoz damarların inkişaf riski yüksəkdir. Damar divarının nazikləşməsi olan yaşlı insanlarda irsi meyliliyi olmayan insanlara görə varikozun inkişaf etmə ehtimalı daha çoxdur. Bu səbəblər yalnız varikozun inkişafına deyil, digər xəstəliklərin də inkişafına təsir göstərir. Çox yaxşı ki, uşaqlar və yeniyetmələrdə bu xəstəlik demək olar ki, çox nadirdir.

Hazırki dövrdə varikoz xəstəliyi üçün yaş həddi nə qədərdir?

Son illərdə flebologiyada gənclərdə varikoz genişlənmiş damarların inkişafı istiqamətində bir meyillilik vardır. Daha əvvəl fleboloq üçün müalicə zamanı orta yaş həddi 40-45 il idisə, bu gün bu rəqəm çox “gənc”ləşmiş və 35-40 ildir. Bunun bir neçə əsas səbəbi vardır:

  • Birincisi, son onilliklər flebologiya sahəsində əhəmiyyətli bir artımla əlaqələndirilir. Varikoz xəstəliyinin diaqnostika üsulları sürətlə inkişaf edir və müalicənin müasir metodları inkişaf edir. Müasir dövrdə genişlənmiş damarlar haqqında məlumatları asanlıqla tapa bilmək olar. Buna görə pasiyentlərin bu xəstəliyə dair məlumatlandırılması artır. Beləliklə, pasiyentlər kömək üçün vaxtında mütəxəssisə müraciət edə bilərlər.
  • İkincisi, müasir texnologiyaların inkişafı ilə əlaqədar ofislə bağlı olan peşələrin sayı artmışdır. Ümumiyyətlə, ofis peşələrində oturaq həyat tərzi tələb olunur. Bildiyiniz kimi, oturaq həyat tərzi aşağı ətraf varikoz genişlənmiş damarların inkişafının əsas səbəblərindən biri sayılır.

Varikoz genişlənmiş damarların inkişafından qorunmaq üçün xəstəliyin gənc yaşdan qarşısını almaq lazımdır. Xəstəliyin qarşısının vaxtında alınması çox vaxt tələb etmir və bu zaman çox səy göstərilmir. Lakin həkim-fleboloqlara görə genişlənmiş damarların qarşısının alınması son dərəcə vacib sayılır. Profilaktik tədbirlər ayaqların sağlam görünüşünü qoruyacaqdır.

Yazını paylaş

Ən çox oxunanlar

Sualınız var?

Back To Top