skip to Main Content
Varikoz xəstəliyindən qurtularaq sağlam ayaqlara sahib ola bilərsiniz.

Ayaqların varikoz damarları zamanı masaj

masaj

Aşağı ətrafın varikoz xəstəliyi xroniki olaraq mövcud xəstəlikdir. Müalicənin cərrahi üsullarından əlavə, genişlənmiş damarların müalicəvi təhlükəsiz üsulları da var. Bundan əlavə, pasiyentin sağlamlığını yaxşılaşdıran üsullar da mövcuddur. Bu üsullardan biri də masajdır. Ayaqlardakı damar gnişlənməsi üçün masaja icazə verilir. Masaj bədəndə qan dövranını yaxşılaşdırır və əzələləri rahatlaşdırır. Əsas odur ki, tətbiq olunacaq metod düzgün seçilmiş olsun.

Düzgün masaj üsulu necə seçilməlidir?

Masaj üsulu bir neçə faktordan asılıdır. Məsələn, Prosedur üçün ən uyğun forma aşağı ətraf varikoz genişlənmiş damarlarının inkişaf səviyyəsinə əsasən seçilir. Məlum olduğu kimi CEAP-in beynəlxalq təsnifatında varikoz xəstəliyinin 6 mərhələsi vardır. Varikoz damarların inkişafının ilk mərhələlərində demək olar ki, bütün növ masajları yerinə yetirmək məsləhət görülür. Varikoz xəstəliyinin inkişafının sonrakı mərhələlərində isə masaj pasiyentin vəziyyətini ağırlaşdıra bilər. Ən doğrusu, masajın başlamasından əvvəl həkim-fleboloqa müraciət etmək tövsiyə edilir. Həkim pasiyentin ümumi vəziyyətini, eləcə də aşağı ətraf varikoz damarlarının vəziyyətini qiymətləndirəcəkdir.

Kimlərə əks göstərişdir?

Ayaqlardakı damar genişlənməsindən əlavə olaraq pasiyent digər xroniki xəstəliklərdən də əziyyət çəkə bilər. Belə hallarda müalicə üsullarını, xüsusilə də masaj növünü diqqətlə seçmək lazımdır. Bəzi xəstəliklər bu prosedur üçün ciddi bir əks göstərişdir. Bunlar:

  • Ürək-damar sistemin patologiyaların kəskin forması;
  • Hipertoniya (yüksək təzyiq);
  • Aşağı ətraf trofik yaraları.

Bu proseduru evdə tək başına etmək qadağan deyildir. Həkim-fleboloqun təyin etdiyi gel və məlhəmlər dəriyə tətbiq olunur və masaj edilir. İncə damar divarına zərər verməmək üçün hərəkətləri yumşaq icra etmək lazımdır. Varikoz genişlənmiş damarlara mexaniki təsirlər (masaj daxil olmaqla) tövsiyə edilmir. Mütəxəssislər masajı ayaqdan başlamağa və yavaş-yavaş yuxarıya doğru hərəkət etməyi məsləhət görürlər. Ayaq masajı xüsusi diqqət tələb olunur, çünki bura şişkinliyin inkişaf etməsinə ən meyilli sahədir.

Müasir kosmetoloji klassik masaj növləri ilə yanaşı, aparat prosedurları da vardır. Ümumiyyətlə, bunlar dəri tonusunu və artıq çəki itirməyə yönəlmişdir. Belə növlərdən biri – LPG masajıdır. Aşağı ətraf varikoz genişlənmiş damarları bu cür prosedurların aparılmasına ciddi zidddir. Genişlənmiş damarların mövcudluğu zamanı aparat masajı fəsadların inkişafına səbəb ola bilər.

Yazını paylaş

Ən çox oxunanlar

Sualınız var?

Back To Top