skip to Main Content
Varikoz xəstəliyindən qurtularaq sağlam ayaqlara sahib ola bilərsiniz.

Varikoz xəstəliyinin diaqnostikası

Varikoz xəstəliyinin diaqnostikası

Son illərdə varikoz xəstəliyinin diaqnostikası əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Əvvəllər aşağı ətrafın genişlənmiş damarlarının diaqnozu həkimin müayinə və palpasiyası əsasında aparılırdır. Düzdür, indi də bu tədqiqat üsulları öz əhəmiyyətini itirməmişdir. Amma flebologiya praktikasında həkimlər insanın qan dövranı sistemini öyrənmənin müasir, təsirli üsullarını ortaya çıxarmışdırlar.

Müayinə necə başlanılır?

Həkim-fleboloqa müraciət zamanı pasiyentin anamnezi toplanır. Həyat və xəstəlik olmaqla iki növ anamnez vardır. Həyat anamnezi varikoz genişlənmiş damarlar üçün son dərəcə əhəmiyyətlidir. Həkim pasiyentin hansı əmək fəaliyyəti ilə məşğul olduğunu, həyat tərzinin necə olmasını, yaşayışını, pis vərdişlərin və həyatın bir çox aspektlərinin olub-olmadığını müəyyənləşdirir. Bütün bu amillər varikoz genişlənmiş damarların inkişafına səbəb ola və ya xəstəliyin gedişinə təsir göstərə bilir.

Ətraflı araşdırma aparıldıqdan sonra fleboloq müayinəyə başlayacaqdır. Müayinə zamanı damarların və ya “tor damarlar”ın normadan kənar genişlənməsi və dəri rəngində bir dəyişiklik aşkar edilə bilər. Müayinə xəstəliyin olmasına şübhələnməyə imkan verir. Bəzi hallarda, yalnız təcrübəli həkim müayinə əsasında varikoz xəstəliyi diaqnozunu təyin edə bilir. Amma beynəlxalq CEAP təsnifatına görə xəstəliyin dərəcəsini müəyyən etmək üçün instrumental tədqiqat metodlarını həyata keçirmək lazımdır.

Hazırki dövrdə varikoz xəstəliyinin diaqnostikası necə aparılır?

Varikoz genişlənmiş damarların xəstəliyi diaqnozu üçün ən məşhur üsul Ultrasəsdir. Ultrasəsin köməyi ilə həkim-fleboloqlar damarların diametrini qiymətləndirə bilər. Bu zaman sadə ultrasəs kifayət olmayıb, Dopplerə də ehtiyac vardır. Doppleroqrafiya ultrasəs tədqiqatlarının bir növüdür. Rəngli Dopplerin məqsədi qan damarını qiymətləndirməkdir. Rəngli Doppler, ultrasəs ilə damarların qapaq aparatının işlənməsini, patologiyasını aşkar edir. Rəngli Doppler proseduru tamamilə ağrısız və təhlükəsizdir. Bu üsul ilə qapaq aparatının müayinəsi üçün yaş həddi yoxdur. Həkim-fleboloq Rəngli Doppler müayinəsinin köməyi ilə varikoz xəstəliyinin hansı mərhələdə olduğunu da təyin edə bilir.

Flebologiyada araşdırmanın digər instrumental üsulları da vardır. Bunlara Rentgen üsulları və Spiral Kompyuterli Tomoqrafiya daxildir. Bu işlər diaqnostikada çətinlik yaranarsa və ya varikoz genişlənmiş damarların təkrar inkişafı hallarında həyata keçirilir. Yaxşı ki belə vəziyyətlər nadir hallarda baş verir.

Yazını paylaş

Ən çox oxunanlar

Sualınız var?

Back To Top