skip to Main Content
Varikoz xəstəliyindən qurtularaq sağlam ayaqlara sahib ola bilərsiniz.

Varikoz damarların əməliyyatından sonra idmanla məşğul olmaq

varikoz üçün idman

Məlumdur ki, idman ilə məşğul olmaq bir çox xəstəliyin qarşısının alınması üçün ən yaxşı vasitədir. Ancaq bəzi hallarda idman növləri xəstəliyə səbəb ola bilər. Belə xəstəliklərdən biri də aşağı ətrafın varikoz xəstəliyidir. Əlbəttə ki, bütün idmanlar varikoz genişlənmiş damarların inkişafına səbəb ola bilməz. Üzgüçülük və aerobika kimi idman fəaliyyətləri insan sağlamlığına olduqca müsbət təsir göstərir. Ağır fiziki qüvvə tələb edən idmanlara xüsusi diqqət yetirilməlidir. Bunlara ağır atletika və digər həddindən artıq fiziki yük tələb edən idman növləri aid edilə bilər.

Əməliyyatdan nə qədər sonra idmanla məşğul olmaq olar?

Ayaqlarında varikoz genişlənmiş damarlardan əziyyət çəkən insanlara cərrahi müalicə üsulları təyin edilə bilər. Bir çox idmançı və aktiv həyat tərzi keçirən insanları aşağıdakı sual maraqlanıdırır: Varikoz genişlənmiş damarlarının aradan qaldırılmasından sonra idmanla məşğul olmağa davam edə bilərəmmi? Bu baxımdan, həkim-fleboloqların ümumi tövsiyələri vardır. Əməliyyatdan sonra ilk saatlarda gəzməyə icazə verilir. Buna baxmayaraq, əməliyyatdan 2 həftə sonra istənilən idmanı tətbiq etmək tövsiyə olunmur. Bu müddət ərzində daha çox üstünlük təşkil edən yüngül gimnastik idman hərəkətləri və gəzinti sayılır. Gimnastik hərəkətlər aşağı ətraflardakı qan dövranını yaxşılaşdırmağa yönəlmiş bir sıra sadə hərəkətlərdən ibarətdir. Əməliyyatdan sonrakı dövrdə trombun inkişafına mane olmaq üçün gimnastik hərəkətlər və gəzinti lazımdır. Uzun müddətli yataq istirahəti qəti olaraq qadağan edilir.

Ağır fiziki güc tələb edən idman növləri niyə məsləhət görülmür?

Əməliyyatdan sonra müəyyən bir müddət ərzində (bu müddət hər bir pasiyent üçün fərdi olaraq təyin olunur) pasiyent sıxılma trikotajlardan istifadə etməlidir. Flebektomiyadan iki ay sonra həkim pasiyentə idman fəaliyyətinə qayıtmağı məsləhət görə bilər. Lakin ağır fiziki fəaliyyətlərin ciddi əks göstəriş olduğunu başa düşmək lazımdır. Tövsiyələrə əməl olunmazsa, varikoz xəstəliyi dəfələrlə inkişaf edə bilər.

Bu ümumi tövsiyələr əməliyyatdan sonrakı dövrdə baş verən ağırlaşmaların azaldılmasına yönəlmişdir. Əlbəttə ki, fleboloq hər bir pasiyentin fərdi xüsusiyyətlərini nəzərə alır. Pasiyent varikoz genişlənmiş damarlardan başqa digər bir xroniki xəstəliklərə malik olduqda, əlbəttə ki, onlar da nəzərə alınacaqdır. Məsələn, yaşlı insanlarda çox vaxt xroniki xəstəliklər olur. Üstəlik, varikoz genişlənmiş damarların təkrarlanma riski də daha çoxdur. Bu baxımdan, yaşlı insanlar üçün mümkün olduqca hərəkətlər etmək üçün gəzinti məsləhət görülür.

Genişlənmiş damarların əməliyyat müalicəsini keçirmiş ağır atletlər və digər fiziki yük tələb edən idman fəaliyyəti ilə məşğul olanlar idmanla bağlı fikirlərini yenidən nəzərdən keçirmələri məsləhətdir. Belə hallarda ağır atletika ilə məşğul olmağı davam etdirmək qadağandır.

Yazını paylaş

Ən çox oxunanlar

Sualınız var?

Back To Top