Pasieyntlərin əməliyyatdan sonrakı dövr barədə narahat olmalarının başlıca səbəbi əksər hallarda varikoz damarların müalicəsinin cərrahi müalicə tələb etməsidir. Yaxşı ki, genişlənmiş damarların müalicəsi üçün cərrahi üsullar lokal anesteziya altında həyata keçirilən minimal invaziv prosedurlardır.
Əməliyyatdan sonrakı dövr aşağıdakı faktorlardan asılıdır
Birincisi, əməliyyatdan sonrakı dövrün müddəti cərrahi müdaxilə üsulundan təsirlənir. Endovasal Lazer Ablasiyası, Miniflebektomiya və ya Radiofrekans Ablasiyası varikoz damarlarının müalicəsi üçün istifadə edildiyi təqdirdə, reabilitasiya müddəti qısa müddətə davam edir. Belə bir nailiyyətin əsas səbəbi müalicə metodlarının hədsiz inkişafıdır. (bəzi hallarda belə iş qabiliyyəti növbəti gündə bərpa edilir).
İkincisi, əməliyyatdan sonrakı dövrdə varikoz genişlənmiş damarların hansı inkişaf mərhələsində olması da mühüm rol oynayır. Əgər müalicə genişlənmiş damarların ilkin mərhələlərində aparılırsa, o zaman reabilitasiya müddəti adətən yaxşı keçir. Varikoz xəstəliyinin təzahürlərinin ortaya çıxması isə müalicə üçün xüsusi bir yanaşma və reabilitasiya tələb edir. Pasiyentin yaşı da burada çox vacibdir. Yaşlı insanlar üçün cərrahi müdaxilələrə dözmək çətindir.
Əməliyyatdan sonrakı dövr ərzində nələr edilməlidir?
Reabilitasiya müddətinin əsas qaydası fiziki fəaliyyətdir. Varikoz damarların çıxarılmasından sonra fiziki fəaliyyətin məqsədi qan axınını aktivləşdirməkdir. Xüsusilə aşağı ətraflarda qan axınını artırmaq lazımdır. Bunun üçün əməliyyatla müalicədən sonra ilk saata qədər pasiyentə tək şəkildə hərəkət etmək qadağandır. Həkim-fleboloqlar pasiyentin əməliyyatdan dərhal sonra sərbəst olaraq hərəkət etməməsini, ayaqlar üçün sadə hərəkətlərin edilməsinin lazım olduğunu bildirirlər. Yataq istirahəti təhlükəli sayılır, çünki aşağı ətraflarda qan axını zəifləyir. Bu, tromboflebit və dərin damar trombu kimi fəsadların inkişafına səbəb ola bilər. Əlavə olaraq, əməliyyatdan sonra pasiyentin sıxılma trikotajlardan istifadə etməsi mütləq vacibdir. Bu, təcili bərpa üçün əsas şərtdir. Əməliyyatdan sonra pasiyentin özünün kompressor corabı geyinməsi çətindir. Bu baxımdan tibb işçiləri tərəfindən yardım edilir. Həmçinin, kompressor trikotajının geyinilməsi prosesini asanlaşdıran xüsusi qurğular da vardır. Gecə yatarkən isə trikotajın çıxarılmasına icazə verilir.
Aşağı ətraf varikoz genişlənmiş damarlarının cərrahi müalicəsindən sonrakı dövrdən bir müddət sonra saunalara getmək və isti vanna qəbulu tövsiyə edilmir. Əməliyyatdan sonrakı dövrdə fəsadların inkişafı üçün bir sıra şərtlər vardır. Lakin həkimlərin tövsiyələrini ciddi şəkildə yerinə yetirməklə, fəsadların yaranma riski əhəmiyyətli dərəcədə azaldılır.