skip to Main Content
Varikoz xəstəliyindən qurtularaq sağlam ayaqlara sahib ola bilərsiniz.

Varikoz damarları və trofik yaralar

trofik yaralar, Трофические язвы

Trofik yaralar

Müalicənin olmaması halında aşağı ətraf varikoz genişlənmiş damarları müxtəlif xəstəliklər ilə mürəkkəbləşə bilər. Fəsadların siyahısı olduqca böyükdür. Ən ümumi xəstəliklər trofik yaralar, qanaxma, tromboflebit və dərin damar trombozu hesab olunur.
Varis ilə yanaşı həm də digər xəstəliklərdə də aşağı ətraflarda yaralar əmələ gələ bilər. Məsələn, şəkərli diabet də trofik yaralara səbəb ola bilər.
Trofik yaralar ən çox dizdən aşağı nahiyələrdə əmələ gəlir. Yara görünməzdən əvvəl, bir neçə gün ərzində pasient xoşagəlməz simptomlar hiss edə bilər.

“Trophe” sözü – yunancadan tərcümədə “qida” deməkdir. Trofik yaralar orqanlarda qan axınının zəiflədiyi zaman ortaya çıxır, yəni hüceyrələrin və toxumaların qidalanması pozulur. Xroniki venoz çatışmazlığı səbəbiylə varikoz damarlarında qan axını zəifləyir.

trofik

Trofik yaralar necə əmələ gəlir?

Pasientin ayaqların dərisində quruluq və qaşınma kimi xoşagəlməz hisslər ola bilər. Yaralar tədricən görünür. Əvvəlcə kiçik bir qüsur şəklini alır, sonra isə ölçüsü tədricən artır. İnkişaf mərhələlərində yaraların müalicəsi çətindir, bu çox ciddi dəri qüsurunun yaranması riski var. Yaralar pasientə çox böyük narahatlıq yaradır. Ayaqlarda yaraların olması səbəb ilə corab və ayaqqabıların geyinilməsi insanda çox böyük narahatlıq hiss yaradır. Bu baxımdan, yaraların müalicəsi, xəstəliyin inkişafının qarşısını almaq üçün mümkün qədər tez başlamaq lazımdır.
Yaraların müalicəsi bir fleboloq məsləhəti ilə başlanılmalıdır. Müayinədən sonra həkim Varis xəstəliyinin inkişaf mərhələsini müəyyən edir və dəqiq diaqnozu qeyd edir. Bundan əlavə, hər hansı digər xroniki xəstəliyin olması da nəzərə alınır. Çünki bütün bunlar nəzərə alınmazsa, varikoz genişlənmiş damarlarının gedişi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirə bilər. Bu baxımdan müalicə hərtərəfli prosesdə həyata keçirilməlidir. Trofik yaraların lokal müalicəsi ilə yanaşı, pasientə yataq istirahəti məsləhət görülmür, həmçinin pəhriz saxlamaq müəyyən edilir. Yataq istirahəti pasientin vəziyyətini pisləşdirə bilər, çünki qanın qatılıq qabiliyyyəti var.

Varisin müalicəsi ilə birlikdə lokal olaraq yaraların müalicəsi onun görünüşünə əsasən təyin etmək lazımdır. Varikoz genişlənmiş damarları cərrahi üsullarla müalicə olunur. Ümumi olaraq dünyada Endovasal lazer ablasiyası, Miniflebektomiya, Radiofrekans ablasiyası, və bir çox digər üsullarla həyata keçirilir. Təəssüf ki, bu halda Skleroterapiya yalnız köməkçi bir üsul olaraq müəyyən edilir.

Yazını paylaş

Ən çox oxunanlar

Sualınız var?

Back To Top